
“APA Group”dan daha bir tanınmış jurnalist ayrılır.
Gununsesi.info xəbər verir ki, APA TV-nin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl işdən ayrılmaq qərarına gəlib və bununla bağlı qurumun rəhbəri Vüsalə Mahirqızına ərizə ilə müraciət edib.
Cavid İsmayıl yayılan xəbəri təsdiqləyib.
O qeyd edib ki, sabahdan məzuniyyətə gedir, sentyabrın 1-dən isə işdən ayrılmaqla bağlı “APA Group” rəhbərliyinə ərizə ilə müraciət edib.
Qeyd edək ki, Cavid İsmayıl bu vəzifəyə 1 iyul 2018-ci ildə təyin edilmişdi.