Cavid Qurbanov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşdü

  • By admin
  • 14 Noyabr 2016 15:40

caqo

Noyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının vitse-prezidenti  Vencay Zanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

 Gununsesi.info xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov  son dövrlərdə Azərbaycan dəmir yollarında aparılan islahatlar, habelə Azərbaycanın əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infratrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüş zamanı həmçinin ortamüddətli pespektivdə AİB ilə “ADY” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib, habelə Cəmiyyət sədri AİB-nin 2017-2019-cu illər üzrə, ölkə əməkdaşlıq strategiyası çərçivəsində, Azərbaycan Dəmir Yolu Şəbəkəsinin İnkişafı İnvestisiya Layihəsinə görə ilkin kredit portfelinin təsdiqi üçün AİB-in vitse-prezidentinə minnətdarlığını bildirib.

Asiya İnkişaf Bankının vitse-prezidenti  Vencay Zanq qlobal maliyyə-iqtisadi böhranının doğurduğu nəticələrə baxmayaraq, Azərbaycan dəmir yolu sahəsində son dövrlər görülmüş kompleks yenidənqurma işlərindən, habelə institutsional, maliyyə və hüquqi-tənzimləmə sahəsində aparılmış islahatlardan məmnun olduğunu bildirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

 Gununsesi.info