Cavid Qurbanov: Astara-Rəşt dəmir yolunun tikintisinə Azərbaycan İrana kredit ayıracaq

  • By Mayil
  • 25 Noyabr 2016 12:47

cavid

Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov “Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu” biznes forumunda çıxışında deyib.

Belə ki, C.Qurbanovun sözlərinə görə, hal-hazırda kreditin verilişi barədə danışıqlar aparılır.

İran dəmir yollarının vitse-prezidenti Hüseyn Aşuri isə Astara çayı üzərində körpü tikintisinin artıq başa çatdığını, İran tərəfdə hal-hazırda işlərin getdiyini bildirib: “İran tərəfdə də işlər bu ilin sonu yekunlaşacaq”.

Gununsesi.info