Cavid Qurbanov: “Gürcüstandakı hakimiyyət dəyişikliyi…”

  • By admin
  • 13 İyun 2016 09:39

cavid

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri, millət vəkili Cavid Qurbanov ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin sullarını cavablandırıb.  Gununsesi.info xəbər verir ki, O, Bakı-Tiflis-Qars dəmir yolunun 1 il yarım gecikməsinə səbəb kimi Gürcüstanda baş verən hakimiyyət dəyişikliyini göstərib.

Cavid Qurbanov işlərin çətin iqlim şəraitində – dəniz səviyyəsindən 2300-2500 metr hündürlükdə getdiyini, bütün bunların da dəmir yolu xəttinin tikintisinə təsirinin qaçılmaz olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, dəmir yolunun Gürcüstan hissəsinin, demək olar ki, tamamlanmaq üzrə olduğu, Türkiyə tərəfində isə torpaq işinin 80%-nin yekunlaşdığı, qalan işlərin isə bu ilin sonuna qədər yekunlanacağı gözlənilir. Texniki işlər isə artıq tamamlanıb.

Daha sonra Şimal-Cənub dəhlizi layihəsinə toxunan Cavid Qurbanov görülən işlərdən danışıb. İşlərin 70%-nin tamamlandığını, yolun 5.5 km-nin artıq çəkildiyini və körüpünün dayaqlarının qoyulduğunu diqqətə çatdıran qonaq tezliklə 8.3 km-də çəkilərək birlşədiriləcəyini önə çəkib.

İpək yolu layihəsinə toxunan qonaq bu layihənin çox böyük coğrafi ərazini əhatə etdiyi diqqətə çatdırıb.

O bildirib ki, bu yol həm Rusiyanın, həm Azərbaycanın həm də Qazaxıstanın üzərindən keçməklə Avropaya çıxışı genişləndirəcək: “Çin, Avropa və bu dövlətlər arsında mübadilə təqribən 100 milyon ton ətrafındadır. Lakin zaman keçdikcə bu rəqəm artacaq. Bununla da nəqliyyat növlərinə təlabat da artacaq. Çoxaladıqca da bu yolun genişlənməsi lazımdır. Bunun da əsaslarından biri ölkəmizdən keçən dəmir yoludur.  Bu yol Qazaxıstan və Çin arasındakı Dostluq stansiyasından başlayır, Aktaunu keçir və Bakıdakı Ələt limanına, oradan Gürcüstana, Gürcüstandan Poti və Batumi limanlarına, oradan da Avropaya paylanır”.

Gununsesi.info Azərbaycan Dəmir Yolları QSC-nin sədri, millət vəkili  Cavid Qurbanovun ANS-in Hesabat verilişinə müsahibəsini təqdim edir: