Cavid Qurbanov  İranın Azərbaycandakı səfirini qəbul edib

  • By admin
  • 18 Noyabr 2016 16:56
cavid
“Azərbaycan Dəmir Yolları” QSC-dən Gununsesi.info-ya verilən məlumata görə, noyabrın 18-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanov İran İslam Respublikasının  Azərbaycandakı fövqəladə və əlahiyyətli səfiri Cavad Cahangirzadəni qəbul edib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirdi ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalanıb. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan ilə İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub. Artıq Astara stansiyasından İran dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi başa çatıb. Bu yol boyu 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Bu yaxınlarda iranlı həmkarlarımızla yola baxış keçirdik”- deyə, C. Qurbanov  vurğulayıb.
C.Qurbanov əlavə edib ki, Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər qoyulub: “Körpüdə son tamamlama işləri həyata keçirilir.  Hazırda  tağların quraşdırılması prosesi gedir”.
Səfir Cavad Cahangirzadə  isə öz növbəsində deyib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallşması istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirir, İran tərəfinin də bu sahədə işləri sürətləndirdiyini bildirib.
İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.
 Mürtəza
Gununsesi.info