Cavid Qurbanov parlamentdə İran əleyhinə danışanlara: “Danışanda sözümüzə sərhəd qoymalıyıq”

  • By admin
  • 24 İyun 2016 16:47

   cavid

 

 İlk dəfə Xudafərin ətrafındakı Azərbaycan torpaqlarının işğal olunduğu təsdiq edildi

 

“Keçən iclasda hörmət etdiyim həmkarlarım İranla bağlı məsələnin müzakirəsi zamanı mənim həmkarlarım, çox istədiyim insanlar bu məsələdə düzgün danışmadılar. Axı İranın vasitəsi ilə Azərbaycan üzərindən keçən yüklərin iqtisadi dəyərini hesablasaq, bu, yüz milyonlarla, milyardlarla vəsait deməkdir”.  Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Cavid Qurbanov iyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasında Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı çıxışı zamanı deyib. C.Qurbanov bildiridi ki, biz millət vəkilləri olaraq qanunun bizə verdiyi səlahiyyətlərdən istifadə edərək bəzən hətta çox danışrıq: “Amma danışanda sözümüzə sərhəd qoymalıyıq. Mən heç kimin danışığında səhv tutmaq istəmirəm. Amma keçən iclasda İranla bağlı məsələnin müzakirəsi zamanı mənim həmkarlarım, çox istədiyim insanlar bu məsələdə düzgün danışmadılar.”

Onun fikrincə bu digər ölkənin daxili işinə müdaxilədir: “ Bu hərəkətlər hətta başqa ölkələrin daxili işlərinə də qarışılır kimi qəbul edilir. Hər bir ölkənin məsələlərə öz yanaşması var və bir də öz maraqları var. Biz, sadəcə öz etirazımızı bildirə bilərik ki, filankəslə oturub-durmağınız bizim xoşumuza gəlmir. Amma biz İrana diktə edə bilmərik ki, bunu etməlisən, bunu da etməməlisən”.

İranla-Azərbaycan arasındakı münasibətlərə toxunan millət vəkili bildirdi ki, axırıncı dəfə biz orada olanda ən yaxın əlaqələrimizin yarandığının şahidi olduq. “Biz İranının köməyi ilə neftdən kənar iqtisadiyyatımızı qurmaq istəyirik. İranın vasitəsi ilə Azərbaycan üzərindən keçən yüklərin iqtisadi dəyərini hesablasaq, bu, yüz milyonlarla, milyardlarla vəsait deməkdir. Amma bütün bunları başa düşə-düşə hər dəfə kimsə ehtiyatsızlıqdan bu ocağa neft atmaq istəyirsə, buna yol vermək olmaz. Cənab prezidentin İrana sonuncu səfərində 12 sənəd imzalandı”, – deyə C. Qurbanov vurğuladı.

O bildirdi ki, bu sənəddə ilk dəfə Xudafərin ətrafındakı Azərbaycan torpaqlarının işğal olunduğu təsdiq edildi. “Bundan böyük nailiyyət nə ola bilər ki? İlk dəfə idi ki, bizə imkan verilir o tərəfə keçirik və yollarımızı tikməyə başlamışıq, ikitərəfli əlaqələrimizi qurmuşuq. Ona görə də xahiş edirəm ki, bu məsələdə diqqətli olaq və ikitərəfli münasibətlərimizin inkişafı istiqamətində danışaq”.

Mürtəza