Cavid Qurbanov: “Qatarda gediş haqqı 15 manat civarında ola bilər”

  • By admin
  • 07 Sentyabr 2016 14:21

cavid

“Azərbaycanın regionlarında da sürət qatarının hərəkət etməsi mümkündür”.
Gununsesi.info xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərlə söhbətində bildirib. “Düzdür, sürət qatarı dedikdə 400-500 km/saat sürəti olan qatarı nəzərdə tutmuruq, amma 100, 120, 140, 150 km/saat sürətlə hərəkət edən qatar əldə edə bilərik. 1-2 ay yubanma ola bilər, amma çalışacağıq ki, gələn ilin sonunadək Bakı-Gəncə marşrutu üzrə sürət qatarı hərəkət etsin”- deyən C. Qurbanov  sözlərinəəlavə edib ki, qatarda gediş haqqı 15 manat civarında ola bilər.

Gununsesi.info