Cavid Qurbanov Qüdrət Həsənquliyevə üzləşdiyi faciəyə görə başsağlığı verdi

  • By admin
  • 28 İyul 2020 19:11

Ötən gün millət vəkili Qüdrət Həsənquliyevə ağır itki üz verib. Belə ki, onun Baş Prokurorluqda çalışan bacısı oğlu Bəhruz Kərimov koronavirusdan dünyasını dəyişib. Həkimlər bir neçə gün onu həyata qaytarmaq üçün çalışsalar da buna nail ola bilməyiblər.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov keçmiş həmkarına üzləşdiyi bu faciəyə görə başsağlığı verib.
Mətni Gununsesi.info-ya daxil olan başsağlığında deyilir:
“Bəşəriyyətə müharibə elan etmiş bu dəhşətli xəstəlik yaşına, peşəsinə, ictimai mənşəyinə baxmayaraq hər kəsə qənim kəsilib və hələ ki, təbabət onun qarşısını almaqda acizdir. Ona görə də ölkə başçısı İlham Əliyev tərəfindən görülən misilsiz önləyici tədbirlərə baxmayaraq bu bəla Azərbaycanda da xeyli sayda dəyərli vətəndaşımızı aramızdan apardı.
Qüdrət Həsənquliyevin bacısı oğlunun bu bəlanın qurbanına çevrilməsi xəbərindənsə ikiqat üzüldüm. çünki onun bacısı oğlu 31 yaşında və istedadlı Azərbaycan gənci idi. Mən Qüdrət bəyə dərin hüznlə başsağlığı verirəm, mərhuma Uca Allahdan rəhmət və ailə üzvlərinə, yaxınlarına səbr diləyirəm. Məkanı Cənnət olsun”.
Moderator.az da bu başsağlığına qoşularaq Qüdrət bəyə başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyir. Yeri behişt olsun!
Qeyd edək ki, mərhumun 2 və 4 yaşlarında iki övladı var.
Gununsesi.info