Cavid Qurbanov üçün özəl gün -65 İLLİK YUBİLEYİDİR

  • By admin
  • 19 Sentyabr 2023 10:37

 Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini,  Milli Məclisin sabiq deputatı Cavid Qurbanovun 65 yaşı tamam olur.

Gununsesi.info xatırladır ki, 19 sentyabr 1958-ci ildə Kəlbəcər Rayonunun Ağdaban kəndində doğulan Cavid Qurbanov Azərbaycanın görkəmli saz-söz ustadı Dədə Şəmşirin nəvəsidir.

Həyat yolu zəngin olan Qurbanov yüksək dövlət vəzifələri ilə yanaşı , həm də Milli Məclisinin III, IV və V çağırışlarin deputatı olub.

Fəaliyyəti dövründə Milli Məclisdəki bir çox həmkarlarından fərqlənən Cavid Qurbanov Kəlbəcərdən olan seçicilərinin problemlərinin həllində, ümumiyyətlə,  öz həmyerlilərinin həyatında müstəsna rol oynayıb.

Evsizlərlə ev, təhsil almaq istəyən təhsil, saz-söz adamına dəyər, şəhid-qazi ailəsinə kömək edib.

Təkcə bunu vurğulamaq lazımdır ki, Cavid Qurbanov ötən 25 ildə özəl ali məktəblərdə təhsil alan minlərlə Kəlbəcər köçkününün təhsil pulunu ödəyib.

Minlərlə həmyerlisini Azərbaycan,  Türkiyə, Almaniya və başqa ölkələrdə müalicə etdirib.

Bir sözlə çarəsizlərin ümid yeri olub.

Bəlkə də bunun nəticəsidir ki, hər zaman ölkə rəhbərliyinin etimadı ona yüksək olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 18 sentyabr 2018-ci il tarixli   Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Biz də Gununsesi.info-nun kollektivi olaraq, Cavid Qurbanovu 65 illik yubileyi münasibətilə təbrik edir, ona həyatının qarşıdakı illərində sağlamlıq və yorulmaz fəaliyyət, uzun ömür  arzu edirik!

Gununsesi.info