Cavid Qurbanov üçün özəl gün

  • By admin
  • 19 Sentyabr 2017 12:02

cavid

19 sentyabr “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, millət vəkili Cavid Qurbanovun doğum günüdür.

Kəlbəcər rayonundan olan bir qrup ziyalı Gununsesi.info vasitəsi ilə onu təbrik edib.

Təbrikdə yazılır:

Millət vəkili Cavid Qurbanov Azərbaycan mədəniyyətinə, ədəbiyyatına böyük töhfələr vermiş, xalqın sonsuz məhəbbət və rəğbətini qazanmış Ağdabanlı şair Qurbanın, Azərbaycanın görkəmli ustad aşığı, Dədə Şəmşirin ocağında, görkəmli ziyalı Qənbər Qurbanovun ailəsində dünyaya göz açıb. Atası kəlbəcərlilərin ağsaqqal ziyalısı, uzun müddət Azərbaycan dövlətinə və millətinə sədaqətlə xidmət etmiş, bu gün də böyük hörmət sahibi olan Qənbər Şəmşiroğlundan Vətənə sədaqət və xidmət tərbiyəsi almış Cavid Qurbanov bu gün gördüyü işlərlə öz ocağına və bu ocaqda gördüyü Vətənə məhəbbət hisslərinə ləyaqətlə sahib çıxaraq dövlət və dövlətçiliyə sədaqətlə, var gücü ilə xidmət edir.

Cavid Qurbanov təkcə Milli Məclisdə ona səs verən kəlbəcərlilərin deyil, ona müraciət edən insanların hər birinin qayğı və problemlərinə həssas yanaşır. 

Bununla o, əsl xalqa xidmət nümunəsi olan Ulu Öndər Heydər Əliyev və onun siyasi irsini ləyaqətlə davam və inkişaf etdirən Prezident Cənab İlham Əliyevin yürütdüyü siyasətə xidmət edir və dövlət başçısının göstərdiyi nümunəvi idarəçiliyə, ona göstərilən yüksək etimada layiq olmağa çalışır.

cavid1

c2

demiryol

demir-cavid

Gununsesi.info