Cavid Qurbanov: “Bakı-Gəncə elektrik qatarı yaxınlarda açılacaq” - ÖZƏL

  • By admin
  • 16 Fevral 2022 11:30

Milli Məclisin son iclasında Gəncədən seçilən millət vəkili Naqif Həmzəyev pandemiya səbəbindən fəaliyyətinə ara verilən şəhərlərarası elektrik qatarlarının yenidən sərnişinlərə xidmət göstərməsi barədə çağırış edib.
Deputat bildirib ki, vətəndaşların buna ciddi ehtiyacı var, ona görə də qatarların fəliyyəti bərpa olunmalıdır.

Gununsesi.info-ya eksklüziv açıqlamasında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu barədə sualı cavablandırıb.
Pandemiya dönəmində qatarların faəliyyətinin dayandırıldığını xatırladan Cavid Qurbanov bu məsələnin yaxın günlərdə həllini tapacağını deyib: “Həm pandemiya , həm də bəzi texniki məsələlərə görə elektrik qatarlarının fəaliyyətinə ara verilmişdi. Vətəndaşlarımız tərəfindən də Dəmir Yollarına da çoxsaylı müraciətlər olub. Yəqin ki, yaxın zamanlarda Bakı-Gəncə elektrik qatarı açılacaq”.

Elmar
Gununsesi.info