Cavid Qurbanov İranla münasibətlərin korlanmasının əleyhinədir

  • By admin
  • 30 Dekabr 2016 13:10
cavid_qurbanov
“Azərbaycanla İran arasında əlaqələr yüksək səviyyədə inkişaf edir və ona görə də hansısa bir şəxsin açıqlamasına belə həssaslıqla yanaşmağa ehtiyac görmürəm”.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Cavid Qurbanov Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyevin İranın müdafiə nazir Hüseyn Dehqanın Azərbaycan-İsrail münasibətləri ilə bağlı səsləndirdiyi fikirlərə mövqeyini açıqlayarkən deyib.
C. Qurbanovun sözlərinə görə, üç gün öncə İran-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mahmud Vaezi Azərbaycanda idi  və o, istər ölkə başçısı ilə görüşündə, istərsə də mətbuata açıqlamasında iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu  bir daha dilə gətirib. “Bundan əlavə olaraq biz dünən Naxçıvandan Məşhədə sürət qatarını yola saldıq. Məhz İran tərəfinin  təklifi ilə bu qatar “Dostluq” qatarı adlandırıldı. Qatarın yola düşməsi ilə bağlı Culfada qurbanlar kəsilib, şirniyyat  paylanıb. Orada da  iki ölkə arasında əlaqələrin inkişaf etməsi bir daha bəyan edildi və bu əlaqələrin inkiaf etməsi də konkret əməlin göstəricisi idi”- deyə, C. Qurbanov vurğulayıb.
Millət vəkili əlavə edib ki,  hər bir ölkənin özünəməxsus daxili siyasəti var: “Biz bu məsələlərə həssaslıqla yanaşmalıyıq və hər açıqlamaya görə belə mövqe bildirməyə lüzum yoxdur”.
Mürtəza 
Gununsesi.info