
Yazıçı Cavid Zeynallının “Həmin işıqlı günlər” adlı hekayələr kitabı işıq üzü görüb.
Gununsesi.info xəbər verir ki, kitab Mədəniyyət Nazirliyinin Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiyasının qərarına əsasən çap olunub.
Kitabda müəllifin 15 hekayəsi toplanıb.
“Tuna” mətbəəsində işıq üzü görən kitabın redaktoru Mübariz Örəndir.
Qeyd edək ki, C.Zeynallı Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanımın həyatından bəhs edən “Şükriyyə” adlı kitabın da müəllifidir. Yazıçının həmin kitabına əsasən Akademik Milli Dram Teatrında Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda səhnələşdirilmiş “Şukriyyə” tamaşası da repertuarda 2023-cü ildən yer alıb və hazırda tamaşaçılar tərəfindən sevə-sevə izlənilir.
Gununsesi.info