Çavuşoğlu: ABŞ buna diqqət yetirməlidir

“Biz ümumiyyətlə ABŞ-a deyirik ki, Türkiyə-Yunanıstan münasibətlərində balans pozulmağa başlayıb”.

Gunnsesi.info  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu ABŞ-ın Yunanıstana “F-35” qırıcıları satmaq qərarına da münasibət bildirib:

“ABŞ-ın balans siyasəti var. Kiprin türk hissəsi ilə yunan hissəsi arasında tarazlıq pozulmağa başlayıb. ABŞ kimi bir müttəfiqin bu balanslara diqqət yetirməsi lazımdır. Bizim üçün kimin kimə hansı silahı satması fərq eləmir, önəmli olan gücümüz, maraqlarımız üçün hansı addımlar atmağımızdır. Bu daha vacibdir”, – deyə o bildirib.

Gununsesi.info