Çavuşoğlu Azərbaycana gəlir

  • By admin
  • 01 Dekabr 2016 19:11

cavusoglu-7_m

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu şənbə günü Azərbaycana işgüzar səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Trend-ə məlumatlı mənbədən bildirilib.

Səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər planlaşdırılıb. Danışıqlar zamanı regiondakı hadisələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

 

Gununsesi.info