Çavuşoğlu BƏYAN ETDİ: Ermənistanla bağlı xüsusi təmsilçi və çarter reysləri...

  • By admin
  • 13 Dekabr 2021 22:46

“Qafqazda can Azərbaycanla birlikdə regional sülh və rifahı inşa etmək üçün sıx diplomatik fəaliyyətdəyik”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisində çıxış edən Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Azərbaycanla da məsləhətləşmələr apardıq. Yaxında Ermənistanla normallaşma addımların atılması üçün qarşılıqlı xüsusi təmsilçilər təyin edəcəyik. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik. Həmçinin gələcəkdə İstanbul-İrəvan arasında çarter reyslərini başladacağıq”, – XİN rəhbəri bəyan edib.

Gununsesi.info