Çavuşoğlu Bakıda qurulacaq Əmək Mərkəzinin nizamnaməsini imzaladı - FOTO

  • By admin
  • 11 İyul 2017 15:18

14

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fil Dişi Sahili Respublikasına rəsmi səfər edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda Fil Dişi Sahili Respublikasında rəsmi səfərdə olan Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda qurulacaq Əmək Mərkəzinin nizamnaməsini imzalayıb.

Beləliklə, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Bakıda qurulacaq Əmək Mərkəzinin nizamnaməsini ilk olaraq imzalayan ölkə məhz Türkiyə oldu.

Anar

Gununsesi.info