Çavuşoğlu Blinkenlə Cənubi Qafqazı müzakirə etdi

  • By admin
  • 08 Fevral 2022 20:34

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə telefon vasitəsilə danışıb.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, danışıqların başlıca mövzusu Ukrayna böhranı olub.

Həmçinin, söhbət zamanı Cənubi Qafqazda cərəyan edən son proseslər, Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması səyləri ətrafında da fikir mübadiləsi aparılıb.

Dövlət Katibi koronavirusa yoluxan Türkiyə prezidenti və xanımına şəfa arzulayıb. Çavuşoğlu isə Blinkeni 11-13 mart tarixlərində baş tutacaq Antalya Diplomatik Forumuna dəvət edib.

Gununsesi.info