Çavuşoğlu ilə Kerri arasında telefon danışığı olub

  • By admin
  • 30 Sentyabr 2016 21:45

kerri

 

Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

APA-nın məlumatına görə, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

“Sentyabrın 30-da ABŞ tərəfinin təşəbbüsü ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Söhbət zamanı Suriya böhranı, o cümlədən Hələbdəki son vəziyyət və ölkəyə humanitar yardımın çatdırılması məsələsi müzakirə edilib.   Tərəflər adıçəkilən məsələlər ətrafında fikir mübadiləsi aparıb, yaxın gələcəkdə görüləcək mümkün tədbirləri müzakirə ediblər”, məlumatda deyilir.

 

Gununsesi.info