Çavuşoğlu: İranda sabitlik Türkiyə üçün çox vacibdir

  • By arzu
  • 15 İyun 2020 17:23

İranda sabitlik Türkiyə üçün çox vacibdir.

Gununsesi.org Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Ankarada görüşü zamanı deyib.

Nazir bildirib ki, koronavirus pandemiyası Türkiyə və İrana daha çox əməkdaşlıq etməyi və bir-birinə daha çox etibar etməyi öyrədib.

O əlavə edib ki, Türkiyə əvvəlki kimi İranla bütün sahələrdə, o cümlədən Yaxın Şərqdə münaqişələrin nizmlanmasında əməkdaşlıq etmək niyyətindədir.

Gununsesi.org