Çavuşoğlu Lavrova atəşkəs üçün ciddi fəaliyyətin vacibliyini bildirib

  • By admin
  • 27 Fevral 2022 18:05

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna Türkiyə XİN-dən bildirilib.

Telefon danışığı zamanı, Ukraynadakı mövcud vəziyyətdən Türkiyənin narahatlığını ifadə edən Mövlud Çavuşoğlu atəşkəsin əldə edilməsi istiqamətində ciddi fəaliyyətin vacib olduğunu bildirib.

Həmçinin tərəflər arasında təxliyə və humanitar məsələlər də müzakirə olunub.

 

 

Gununsesi.info