Çavuşoğlu pakistanlı həmkarına zəng etdi

  • By admin
  • 03 Aprel 2022 13:50

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Şah Mahmud Qureşi ilə Pakistandakı daxili siyasi prosesləri müzakirə edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, M.Çavuşoğlu Ş.M.Qureyşi ilə telefonla danışıb.

Söhbət zamanı Pakistanda baş verən daxili siyasi proseslər müzakirə olunub.

Aprelin 3-də Pakistanda baş nazir İmran Xan hökumətinə etimadsızlıq səsverməsi keçirilib.

Xana etimadsızlıq səsverməsi martın 28-də ölkə parlamenti tərəfindən 161 lehinə səsi ilə qəbul edilmişdi. Hökumətin müttəfiq olduğu partiyaların etimadsızlıq səsverməsində müxalifətin tərəfinə keçəcəyini bəyan etməsindən sonra parlamentin üstünlüyü müxalifət blokuna keçmişdi.

Bu gün isə Pakistan parlamentinin buraxılması ilə bağlı xəbərlər yayılıb.

Gununsesi.info