Çavuşoğlu Qətərə gedir

  • By admin
  • 25 Mart 2022 15:40

Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Doha Forumunda iştirak etmək üçün Qətərə səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə XİN-i məlumat yayıb.

Bildirilib ki, nazir Foruma qatılan digər dövlətlərin nümayəndələri ilə görüşlər keçirəcək.

Gununsesi.info