Çavuşoğlu Qabriellə telefon danışığı apardı: Afrin...

  • By admin
  • 22 Yanvar 2018 19:35


Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Ziqmar Qabriel ilə telefon danışığı aparıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü müavini Mariya Adebahr bildirib.

Nazirlərin telefon danışığı barədə detallı məlumat verilməsə də, Afrin əməliyyatının müzakirə edildiyi bildirilib.

Qeyd edək ki, rəsmi Berlin Türkiyənin Afrin əməliyyatı ilə bağlı məsuliyyətli davranacağına ümid etdiyini bəyan etmişdi.

 

Gununsesi.info