Çavuşoğlu Ruhani ilə görüşüb

  • By admin
  • 07 Fevral 2018 21:50


15:52

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İrana səfər edib.

Gununsesi.info xəbər verir ki, Çavuşoğlunun hazırda İran XİN rəhbəri Cavad Zəriflə Tehranda Afrin əməliyyatını müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, İran rəsmiləri açıqlamalarında Afrin əməliyyatının tez bir zamanda bitməsinin vacibliyi haqda fikirlər səsləndirirdilər.

***

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zərif ilə görüşüb.

Axar.az xəbər verir ki, Çavuşoğlu daha sonra İran Prezidenti Həsən Ruhani tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli münasibətlər və gündəmdəki regional məsələlər müzakirə edilib.

Gununsesi.info