Çavuşoğlu turizm mövsümündən danışdı, vaksinasiya nəzərə alınacaq

  • By admin
  • 18 Yanvar 2021 21:06

Türkiyə əldə olunan tədbirlər nəticəsində turizm mövsümündən əvvəl, mart ayında koronavirusa yoluxma sayının minumuma çatdırılmasını hədəfləyir.

Bu barədə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu almaniyalı həmkarı Hayko Maasla görüşdə deyib.

Onun sözlərinə görə, xarici turistləri qonaq edən turizm obyektlərinin sertifikasiyasında vaksinasiya məsələsi nəzərə alınacaq:

“Vaksinasiyanı nəzərə alaraq turizm sahələrinin sertifikatlaşdırılması tələblərini genişləndirəcəyik”.

 

Gununsesi.info