Çavuşoğlu türk hərbçilərin Suriyadan çıxma şərtini - AÇIQLADI

Suriyada münaqişənin siyasi həll yolu tapılacağı təqdirdə, Türkiyə qoşunları bu ölkənin ərazisini tərk edəcək.

NTV xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Norveçə səfəri zamanı deyib.

O, Osloda Norveç Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edərkən qeyd edib ki, Suriya rejimi siyasi nizamlanmaya inanmır:

“Suriyada siyasi həll yolu tapılsa, ordumuz oradan çıxacaq. Lakin indiki rejim (Prezident Bəşər Əsəd) siyasi nizamlanmaya inanmır”.

M.Çavuşoğlu qeyd edib ki, Suriya rejimi və Rusiya İdlib bölgəsində hücumlarını davam etdirir:

“İdlibdəki hücumlar Avropaya yeni miqrant axınını başlada bilər”.

Gununsesi.org