Çavuşoğlu və Abdullahiyan qonşularla münasibətlərdən danışdılar

  • By admin
  • 22 Oktyabr 2021 23:35

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Gununsesi. info İRNA-ya istinadən xəbər verir ki, telefon söhbətində ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Tərəflər qonşuların suverenlik, müstəqillik və ərazi bütövlüyündən söz açıblar və qonşuluq əlaqələrinin zədələnməsinə icazə verilməyəcəyi vurğulanıb.

Gununsesi. info