Çavuşoğlu və İsrail XİN başçısı arasında telefon danışığı olub

  • By admin
  • 20 Fevral 2022 22:56

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun israilli həmkarı Yair Lapid arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə XİN-dən məlumat verilib.

Məlumatda qeyd edilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, ölkələrarası əlaqələrin yumşalması, həmçinin İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri planı haqqında fikir mübadiləsi aparılıb.

 

 

Gununsesi.info