Çavuşoğlu xarici həmkarları ilə futbol oynadı -Video

  • By admin
  • 22 Dekabr 2021 16:24

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Vişeqrad Qrupuna daxil olan ölkələrin (Çexiya, Macarıstan, Polşa və Slovakiya – red.) XİN rəhbərləri futbol oynayıblar.

Gununsesi.info “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, maraqlı hadisə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş verib.

HTML tutorial

Rəsmi geyimləri ilə meydana enən nazirlər medianın böyük marağına səbəb olublar.

Nazirlər daha sonra toplaşaraq futbol topları ilə foto da çəkdiriblər.

Gununsesi.info