Çavuşoğludan Kerriyə: Rusiya Karlov cinayətində bu detalı bilir

  • By admin
  • 20 Dekabr 2016 23:31

movlud

 

Həm Rusiya, həm də Türkiyə Andrey Karlov cinayətinin arxasında FETÖ şəbəkəsinin əli olduğunu bilir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Con Kerri ilə telefon danışığı zamanı deyib.

Kerri də öz növbəsində yaşanan olaydan dərin kədər hissi keçirdiyini dilə gətirib.

Bundan əlavə tərəflər bu gün Moskvada Suriya böhranı ilə bağlı baş tutan Rusiya-İran-Türkiyə görüşünü müzakirə ediblər.

 

Gununsesi.info