Çavuşoğludan Qarabağ açıqlaması: Ermənistana açığıq

“Bizim qapımız Ermənistana da açıqdır”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

HTML tutorial

Qırğızıstan-Türkiyə Manas Universitetində etdiyi çıxışında Qafqazda daimi sülhün mümkün olduğunu vurğulayan M.Çavuşoğlu ölkəsinin qapısının Ermənistan daxil olmaqla, bu təmənnanı paylaşan hər kəsə açıq olduğunu bildirib: “Azərbaycanın Qarabağı işğaldan azad etməsi Türk dünyası tərəfindən yaxından izləndi. Azərbaycanın mübarizəsində yalnız qardaşlıq bağlarımız səbəbilə deyil, haqlı və qanuni olduğu üçün dəstəklədik. Artıq bölgəmizin taleyinin dəyişməsi, Qafqazda daimi sülh və sabitliyin təmin edilməsi mümkündür”.

Gununsesi.info