Çavuşoğlundan İstanbul-İrəvan reysi ilə bağlı yeni xəbər

  • By admin
  • 16 Dekabr 2021 11:55

“Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-İrəvan reysləri üçün müraciətləri nəzərdən keçirir, yaxın günlərdə qərar verilə bilər”.

Gununsesi.info  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Hava şirkətlərinin müraciətlərinə Türkiyənin Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır. Prinsipcə, Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə şirkətlərdən hansının bu marşrutla uça biləcəyi müəyyənləşəcək”.

Gununsesi.info