Çavuşoğlu:Türkiyə cinayətin arxasında dayananları üzə çıxarmağa borcludur

  • By admin
  • 20 Dekabr 2016 14:05

cavuska

Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdə deyib ki, səfir Andrey Karlovu qətlə yetirərək cinayət törədənlər cəzalarına çatacaqlar.

Gununsesi.info-nun məlumatına görə, Rusiya və Türkiyə mütəxəssisləri bu cinayətin araşdırılması üçün birgə işləyəcəklər.

M. Çavuşoğlu vurğulayıb ki, Türkiyə cinayətin arxasında dayananları üzə çıxarmağa borcludur.

O, birgə səylərlə buna nail olunacağına əminlik ifadə edib.

Gununsesi.info