Çay dərəsinə yıxılan şəxs xilas edildi - VİDEO

  • By admin
  • 31 May 2022 09:38

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Şəki şəhəri, M.F.Axundov prospektində bir nəfərin çayda batma təhlükəsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Səlimov Adil Əmirəhməd oğlu hündürlüyü təxminən 3 metr olan körpüdən çay dərəsinə yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, təhlükəli vəziyyətə düşüb.

Yanğınsöndürən-xilasedicilər xüsusi xilasetmə vasitələri ilə vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Gununsesi.info