Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı Adilə Mehdiyeva ilə bağlı yeni detallar məlum olub.
Gununsesi.info xəbər verir ki, news24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Adilə Mehdiyevanın həyat yoldaşı fransız olub və o, Adiləyə təzyiqlər edib.
Narkotik istifadəçisi olması səbəbindən Adilə ailədə daim problemlər yaşayıb. Polis də həmin şəxsin narkotik istifadəçisi təsdiqləyib. Ailədə ciddi problemlər yaşayan Adilə evi tərk etdiyi gün də yoldaşı ilə mübahisə edib. Yaxınları isə Adilə Mehdiyevanın öldüyünə inanmır.
Xatırladaq ki, dekabrın 17-də Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti Oder çayında tapılıb. Mərhumun övladının taleyi ilə bağlı heç bir məlumat yoxdur. İş üzrə araşdırma aparan detektiv bu hadisənin “özünə qəsd” olduğu qənaətindədir. O qadının depressiyaya düşdüyünü və məhz bu səbəbdən intihara meyilli olduğunu bildirib. Adilə Mehdiyeva həkim nəzarətində olsa da, ona effektiv profilaktik kömək göstərilmədiyi iddia edilir. Adilə Mehdiyevanın tapılması üçün həm quruda, həm suda, həm də havadan əməliyyatlar aparılıb.
Gununsesi.info