
Rusiyanın Stavropol diyarında Kuma çayının məcrasından çıxması nəticəsində 20-dən artıq yaşayış məntəqəsini su basıb.
Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, çayın daşması nəticəsində 1700 ev su altında qalıb və bundan 5500 nəfər əziyyət çəkib.
Evlərini su basmış 2000 nəfər həmin ərazidən evakuasiya olunub. Yaranmış vəziyyətlə bağlı Stavropol diyarında fövqəladə vəziyyət elan edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları, xüsusən də yanğın söndürənlər prosesə cəlb edilib. Görülən tədbirlər nəticəsində 20 yaşayış məntəqəsində həyat normal məcraya qaytarılıb. Yaranmış fövqəladə vəziyyətin aradan qaldırılması üçün FHN əməkdaşları 24 saat işləyirlər.
Gununsesi.info