Çaylarda mövcüd vəziyyət AÇIQLANDI

  • By admin
  • 03 Dekabr 2016 09:50

cay-11

Son 10 gün üzrə çay və transsərhəd çaylardakı mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-190, Kiçik Qafqazın çaylarında 230-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 180 m3/s olmaqla ongünlük normanın 115 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 183 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 73 m3/s olmaqla, ongünlük normanın 95 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 87 m3/s təşkil edərək ongünlük normanın 113 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, ötən gün Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Salyanda 10, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində isə 12 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 464 (2015-ci il dekabrın 02-də 371 sm), Salyanda 341 (2015-ci il dekabrın 02-də 191 sm), Bankədə 248 (2015-ci il dekabrın 02-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 178 sm (2015-ci il dekabrın 02-də 97 sm) təşkil edir.

Gununsesi.info