Çaylarda sululuq yenə azalıb

  • By admin
  • 04 Noyabr 2016 11:49

cay-11

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-260, Kiçik Qafqazın çaylarında 230-360, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-330 faizini təşkil edir.

Bu barədə Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, noyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 200 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 10 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 150 kubmetr olub.

Kür çayının aşağı axınında da suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 4 santimetr azalıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 538, Salyanda 404, Bankədə 279, Novruzlu məntəqəsində isə 256 santimetrdir.

Gununsesi.info