Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-220, Kiçik Qafqazın çaylarında 70-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-40 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, aprelin 14-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 243 m3/s olmaqla ongünlük normanın 33 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 314 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 84 m3/s olmaqla, ongünlük normanın 50 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 103 m3/s təşkil edərək ongünlük normanın 61 faizinə bərabər olub.
Aprelin 14-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 24, Salyanda 6, Bankədə 2, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım, Surrada isə 2 sm azalma qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 408 sm (2016-cı il aprelin 14-də 410 sm), Şirvanda 271 sm (2016-cı il aprelin 14-də 285 sm), Salyanda 210 sm (2016-cı il aprelin 14-də 217 sm), Bankədə 185 sm (2016-cı il aprelin 14-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 107 sm (2016-cı il aprelin 14-də 116 sm) təşkil edir.
Anar
Gununsesi.info