Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda suyun səviyyəsi dəyişib

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 120-160, Kiçik Qafqazın çaylarında 140-200, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 495 m3/s olmaqla ongünlük normanın 106 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 42 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 189 m3/s olmaqla, ongünlük normanın 137 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 64 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 40, Şirvanda 12, Salyanda 10, Araz çayının Novruzlu məntəqəsində 31 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 366 sm (2017-ci il aprelin 02-də 391 sm), Şirvanda 163 sm (2017-ci il aprelin 02-də 235 sm), Salyanda 93 sm (2017-ci il aprelin 02-də 160 sm), Bankədə 167 sm (2017-ci il aprelin 02-də 184 sm), Araz çayının Novruzlu məntəqəsində isə 73 sm (2017-ci il aprelin 02-də 95 sm) təşkil edib.

Gununsesi.info

COMMENTS