Çaylarda suyun səviyyəsi qalxıb

  • By admin
  • 30 Yanvar 2017 14:00

cay-11

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-200, Kiçik Qafqazın çaylarında 160-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-80 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, yanvarın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 138 m3/s olmaqla ongünlük normanın 88 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 116 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53 m3/s olmaqla, ongünlük normanın 79 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 79 m3/s təşkil edərək ongünlük normanın 118 faizinə bərabər olub.

Yanvarın 30-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 25, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 11 sm artım, Şirvanda və Bankədə isə 2 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 444 sm (2016-cı il yanvarın 30-da 486 sm), Şirvanda 289 sm (2016-cı il yanvarın 30-da 381 sm), Salyanda 251 sm (2016-cı il yanvarın 30-da 222 sm), Bankədə 215 sm (2016-cı il yanvarın 30-da 242 sm), Araz çayının Novruzlu məntəqəsində isə 159 sm (2016-cı il yanvarın 30-da 225 sm) təşkil edir.

Anar

Gununsesi.info