Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

14 Dekabr 2017

12 Avqust 2017 - 10:00

Çaylarda suyun tərkibi ilə bağlı növbəti monitorinqin nəticələri açıqlandı

araz cayi

Çaylarda çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb.

Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 20.6 m3/san azalaraq 49 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.6, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Avqust ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2, I Şahsevəndə 2.3, Bəhramtəpədə isə 2.2 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.19-7.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Gununsesi.info





loading...