Çaylardakı son vəziyyət açıqlandı

  • By admin
  • 21 Noyabr 2016 13:25

cay-art

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-220, Kiçik Qafqazın çaylarında 240-250, Lənkəran-Astara bölgəsi çaylarında isə 130-350 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gununsesi.info-ya verdiyi məlumata görə, noyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 198 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 170 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s olmaqla, ongünlük normanın 123 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 90 m3/s təşkil edərək ongünlük normanın 111 faizini təşkil edib.

Noyabrın 21-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Bankə məntəqəsində 3, Araz çayının Novruzlu məntəqəsində 4 sm artım müşahidə olunub, Surra və Salyan məntəqələrində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 461 (2015-ci il noyabrın 21-də 426 sm), Salyanda 300 (2015-ci il noyabrın 21-də 283 sm), Bankədə 242 (2015-ci il noyabrın 21-də 221 sm), Araz çayının Novruzlu məntəqəsində isə 172 sm (2015-ci il noyabrın 21-də 150 sm) təşkil edir.
Anar
Gununsesi.info