
Kolumbiyada silahlı insident baş verib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Barranquilla şəhərindəki çayxanalardan birində futbol matçını izləyən qrupa silahlı hücum olub.
Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. İnsidentin baş vermə səbəbi məlum deyil.
Rəsmi açıqlamada bildirilib ki, mütəşəkkil cinayətkar qrupların mövcudluğu və qeyri-qanuni ticarətlə bağlı bölgədə əhalinin ciddi təhlükəsizlik problemləri mövcuddur.
Gununsesi.info