Çayxanada futbola baxanlar güllələndi – Ölənlər var

  • By admin
  • 31 Yanvar 2023 10:00

Kolumbiyada silahlı insident baş verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Barranquilla şəhərindəki çayxanalardan birində futbol matçını izləyən qrupa silahlı hücum olub.

Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. İnsidentin baş vermə səbəbi məlum deyil.

Rəsmi açıqlamada bildirilib ki, mütəşəkkil cinayətkar qrupların mövcudluğu və qeyri-qanuni ticarətlə bağlı bölgədə əhalinin ciddi təhlükəsizlik problemləri mövcuddur.

Gununsesi.info