
“BBC” şirkəti 52 ölkədən 253 tənqidçiyə kinematoqrafiya tarixində ən yaxşı komediya filmlərinin siyahısını hazırlamaq barədə müraciət edib.
Gununsesi.info-nun xəbərinə görə, tədqiqatın hər bir iştirakçısından dünyanın müxtəlif ölkəsində yaradılan 10 filmin adını çəkmək tələb olunub. Nəticədə, Billi Uaylderin 1959-cu ildə çəkdiyi şah əsəri – “Cazda yalnız qızlardır” komediyası birinci yeri qazanıb.
“BBC” qeyd edir ki, bizi güldürən filmlər, əksər halda kinematoqrafiyada dəyərləndirilmir. Məsələn, Amerika Kino Akademiyasının ilin ən yaxşı filmi hesab edib “Oskar”a layiq gördüyü 89 filmdən yalnız 7-si komediyadır.
Gununsesi.info