Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) 4 fevral 2015-ci il tarixindən üzv olan “Caspian Development Bank” (“CDB Bank”) ASC “Atabank” ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilmiş şəhadətnamə ləğv edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə ADIF-in açıqlamasında bildirilir.
Məlumatda deyilir ki, bununla da fonda üzv bankların sayı 31 olub. “Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən iştirakçı banklar birləşmə və yaxud qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtarana qədər ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.
Gununsesi.info