Ukraynanın Çeboksari şəhərinə dron hücumu nəticəsində bir nəfər yaralanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Çuvaşiya Səhiyyə Nazirliyi özünün Telegram kanalında məlumat verib.
Oleq Nikolaev bildirib ki, dronlar bölgəyə iki dəfə hücum edib:
“Çeboksarı rayonunun Novoyujnı rayonuna və Çeboksarı rayonunun Yauşi kəndinə hücum olub. Hücum nəticəsində bir neçə nəqliyyat vasitəsinə ziyan dəyib”.
Səhiyyə Nazirliyi xəsarət alan kişiyə bütün lazımi tibbi yardımın göstərildiyini dəqiqləşdirib. Onun həyatı təhlükədə deyil.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən gecə Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemlərinin 43 Ukrayna dronun vurduğunu bildirib.
Maqsud












