

Türkiyənin tanınmış və gənc ifaçılarından olan Mustafa Ceceli öz həyat yoldaşından ayrılıb.
Gununsesi.info-nun Türkiyə mediasına xəbərinə görə, onlar artıq bunu rəsmiləşdiriblər də, yəni, anlaşmalı şəkildə boşanıblar.
Boşanmalarının müqabilində də Ceceli hazırda yaşadıqları evi 9 illik keçmiş həyat yoldaşı Sinem Ceceliyə verib.
O, eyni zamanda, həyat yoldaşına və 6 yaşlı oğlu Arın Ceceliyə 3 milyon TL məbləğində təzminat da ödəyəcək.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info